Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxının Cabanı–Əngəxaran yolunda torpaq sürüşməsi qeydə alınıb - yaxın günlərdə bərpa işlərinə başlanılacaq

23.04.2025 [17:10]

Xəbərin mətni

Şamaxı rayonunda torpaq sürüşməsi qeydə alınıb. Sürüşmə Cabanı–Əngəxaran avtomobil yolunun 11-ci kilometrliyində baş verib. Hadisə nəticəsində yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb.