Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dövlətinin dəstəyi ilə İrpen şəhər poliklinikası yenidən qurulub

23.04.2025 [18:04]

Xəbərin mətni

Azərbaycan dövlətinin humanist siyasəti və çətin gündə dost əlini uzatması Ukraynanın İrpen şəhərinin timsalında da özünü göstərir. Müharibədən sonra ziyan görmüş İrpen şəhərinin bərpasında Prezident İlham Əliyevin tapşırığı ilə dövlətimiz yaxından iştirak edir.