Rəşad Mahmudov: İcbari tibbi sığorta sistemi ilə paralel olaraq, yüksək texnoloji tibbi prosedurların geniş şəkildə tətbiqinə başlanılıb
23.04.2025 [20:02]
Xəbərin mətni
İcbari tibbi sığorta sistemi ilə paralel olaraq, yüksək texnoloji tibbi prosedurların ölkədə geniş şəkildə tətbiqinə başlanılıb. Lakin həmin proses zamanı antibiotiklərin uyğun olmayan şəkildə istifadəsi, eləcə də bəzi səhv yanaşmalar infeksiya ilə mübarizədə istənilən nəticənin əldə olunmasına əngəl yaradır. AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Tibbi Nəzarətinin Elmi, Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendesiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin zirvə görüşü zamanı jurnalistlərə açıqlamasında söyləyib.