Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıl Əfəndiyev: Bütün dünya xəstəxanadaxili infeksiyalar və artan antibiotik istifadəsi problemi ilə üzləşir

23.04.2025 [21:23]

Xəbərin mətni

Xəstəxanadaxili infeksiyaların idarə olunması olduqca aktual məsələdir. Hazırda bütün dünya xəstəxanadaxili infeksiyalar və artan antibiotik istifadəsi problemi ilə üzləşir. AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendesiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin zirvə görüşündə jurnalistlərə açıqlaması zamanı söyləyib.