Azərbaycan Dövlət İnformasiya Agentliyi

Artur Erken: “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransında Bakı Bəyannaməsinin qəbul edilməsi regional əməkdaşlığı daha da gücləndirəcək

24.04.2025 [14:59]

Xəbərin mətni

“Almatı prosesi”nin 3-cü Nazirlər Konfransında Bakı Bəyannaməsinin qəbul edilməsi regional əməkdaşlığı daha da gücləndirəcək, qanuni miqrasiyaya töhfə verəcək. Bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken “Almatı prosesi”nin III Nazirlər Konfransında deyib.