Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yay tətilini xarici ölkədə keçirmək istəyənlərin nəzərinə

24.04.2025 [18:14]

Son illər azərbaycanlıların vizasız səyahət edə biləcəyi ölkələrin sayı artmaqdadır. Bu dəyişiklik həm vətəndaşlara daha sərbəst səyahət imkanı yaradır, həm də turizm sektorunun inkişafına mühüm təkan verir. Bəs maraqlıdır yay tətili üçün hazırlaşanlar ölkə seçimi edərkən viza məsələsinə nə dərəcədə önəm verirlər? Turizm şirkətinin əməkdaşı Elgün Babayevin sözlərinə görə vətəndaşlar ölkə seçimi edərkən əsasən vizasız ölkələrə üstünlük verirlər.