İngiltərəli səyyah: Azərbaycanın təhsilə böyük önəm verməsi və ona sərmayə qoyması çox gözəldir
24.04.2025 [18:59]
Xəbərin mətni
Mən İngiltərədənəm. Qarabağa üçüncü səfərim olsa da, Xankəndiyə ilk dəfədir gəlirəm. Burada universitetin olduğunu eşidəndə, çox təəccübləndim. Bunu Xankədiyə səfər edən beynəlxalq səyahətçi Harri Mitsidis təəssüratlarını bölüşərkən deyib.