Bunları bilmədən xəstəxanaya getməyin
25.04.2025 [18:22]
“İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi”nə dəyişiklik edilib. Yenilənmiş qaydalara əsasən, MRT və KT müayinələri üçün yeni ödəmə mexanizmi tətbiq olunur. Əvvəllər bu xidmətlər tam şəkildə ödənişsiz təqdim olunurdusa, artıq ambulator şəraitdə həkim göndərişi ilə aparılan bu müayinələr üçün Xidmətlər Zərfində göstərilən tarifin 20 faizi həcmində vətəndaşlar ödəniş edəcəklər. Qalan 80 faizi isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qarşılayacaq.