Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar

25.04.2025 [19:05]

Xəbərin mətni

Aprelin 25-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim turu təşkil olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, seçim turunda müsabiqənin qeydiyyat və ilkin mərhələsindən uğurla keçən 50 məktəbli iştirak edib. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən müsabiqədə şagirdlərə 21 tapşırıq üçün 2 saat 30 dəqiqə vaxt ayrılıb.