Baş katib: ATƏT minaların təmizlənməsində dəstək göstərməyə hazırdır
25.04.2025 [20:25]
Xəbərin mətni
Biz ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstək göstərməyə hazırıq. ATƏT-in bu istiqamətdə zəngin təcrübəsi mövcuddur. AZƏRTAC xəbər verir ki, bunu ATƏT-in Baş katibi Feridun Sinirlioğlu aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.