Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-lı səyyah: Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki mənfi səhifəni silməyə kömək edəcək mühüm elementdir

26.04.2025 [16:40]

Xəbərin mətni

“Buraya toplaşan hər birimiz daha müsbət gələcək üçün, Azərbaycan xalqı üçün daha əzmlə birgə səy göstəririk”. Bu sözləri işğaldan azad edilən ərazilərdə səfərdə olan dünya səyyahlarından biri – ABŞ-dan olan səyyah Basant Sadasivan Cəbrayılda jurnalistlərə açıqlamasında deyib. O, daha sonra aşkarlanan minaların partladılaraq məhv edilməsindən də danışıb.