İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, azı 4 nəfər həlak olub
26.04.2025 [18:36]
Xəbərin mətni
İranın cənubundakı Bəndər Abbas şəhərinin Mahid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində azı 4 nəfər həlak olub, 516 nəfər xəsarət alıb. Bəndər Abbas şəhərində zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.