Zərifə Əliyeva- Xatirələrdə əbədi yaşayan nurlu insan
28.04.2025 [14:23]
Xəbərin mətni
Bu gün Azərbaycanın görkəmli alimi, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın doğum günüdür. Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tibb elminə öz əvəzsiz töhfələrini verən şəxsiyyətlərdən biridir. Onun həyatı elmi nailiyyətlər, ailə dəyərləri və xalqına göstərdiyi xidmətlərlə dolu bir ömrün parlaq səhifəsidir. Onun tibbi və elmi fəaliyyəti, hər kəs üçün örnək olan mənəvi keyfiyyətləri bu gün də ehtiramla xatırlanır.