Tərtərdə “Zərifə Əliyeva: Əbədi işıq mücəssəməsi” mövzusunda konfrans keçirilib
28.04.2025 [22:34]
Xəbərin mətni
Tərtər rayon Mədəniyyət Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş “Zərifə Əliyeva: Əbədi işıq mücəssəməsi” mövzusunda konfrans keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər qoyub, Zərifə xanım Əliyevaya həsr edilmiş fotosərgiyə baxış keçiriblər.