Qərbi azərbaycanlıların məskunlaşdığı Bəyimsarov kəndinin sakinləri tibbi müayinədən keçiblər
28.04.2025 [23:52]
Xəbərin mətni
Aprelin 28-də Tərtər rayon Bəyimsarov kəndində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tibbi humanitar aksiya təşkil olunub. Aksiyadan əvvəl iştirakçılar Qərbi Azərbaycandakı yurd yerlərimizlə bağlı fotosərgiyə baxıblar. İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu gün akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü olduğunu diqqətə çatdırıb, onun zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb.