Böyük Qayıdış: Ağdamın Sarıcalı kəndində daha 39 ailəyə evlərin açarları təqdim edilib
29.04.2025 [15:18]
Xəbərin mətni
İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdam rayonunun Sarıcalı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.