Yeniyetmələrin evdən qaçmasının əsas səbəbləri nələrdir?
29.04.2025 [16:50]
Son zamanlar mediada uşaqların, əsasən də, yeniyetmələrin evdən qaçmasına dair xəbərlərin şahidi oluruq. Belə ki, 12-15 yaş arası yeniyetmələr müxtəlif səbəblərdən evdən qaçır və bir neçə gün sonra aidiyyatı orqanlar tərəfindən müxtəlif yerlərdə tapılırlar. Bəs maraqlıdır, yeniyetmələrin evdən qaçmasına, yaxud da onları bunu etməyə vadar edən səbəblər nələrdir? Psixoloq Zülfiyyə Sadığın sözlərinə görə, yeniyetməlik dövrü emosional və psixoloji baxımdan mürəkkəb mərhələlərdən biridir. Bu dövrdə yeniyetmələr daha çox azadlığa və sərbəstliyə can atırlar.