Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə səhiyyə sisteminin inkişafı, tibb və əczaçı kadrların potensialı barədə fikir mübadiləsi aparılıb
30.04.2025 [18:19]
Xəbərin mətni
Çinin Sian şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) səhiyyə nazirlərinin VIII iclası keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq tədbirdə ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan ölkəmizi səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.