Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elektron poçtunuza gələn bu mesajları açmayın

30.04.2025 [20:03]

Elektron poçt ünvanımıza rəsmi görünən google hesabından mesaj gəlir və onu  açdıqda təhlükəsizlik yoxlanışı ilə bağlı göstərilən linkə daxil olmağımız istənilir. Linkə daxil olduqda isə....Bəli, bu kibercinayətkarların şəxsi məlumatlarımızı və maddi vəsaitimizi ələ keçirmək üçün bizə hazırladığı növbəti tələdir. İnformasiya texnologiyaları üzrə ekspert Elvin Abbasovun sözlərinə görə Azərbaycanın internet seqmetində bu günə qədər kibercinayətkarlar insanları daha primitiv üsullarla aldadır və böyük məbləğlərdə vəsaitlərini ələ keçirirdi. İndi isə onlar aldatma üsullarını daha da təkmilləşdiriblər.