Fərhad Abdullayev: Bu ilin "Konstitusiya və Suverenlik İli" elan olunması gələcək istiqamətlər, ölkəmizin əldə etdiyi nailiyyətlər, baxışlar və ümidlərlə bağlıdır
01.05.2025 [15:25]
2025-ci il əlamətdar dövrə təsadüf edir. İl başlanandan bəri Konstitusiya və suverenlik mövzusu mətbuatda və dairələrdə müzakirə edilir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi gələcək istiqamətlər, Azərbaycanın əldə etdiyi nailiyyətlər, baxışlar və ümidlərlə bağlıdır. Bunu Bakı Dövlət Universitetində keçirilən “Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda elmi-praktiki konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.