Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu dəfə bacadan tüstü hansı rəngdə çıxacaq?

01.05.2025 [17:00]

12 il müddətində katolik kilsəsinə rəhbərlik edən Papa Fransiskin vəfatından sonra gizli bir yığıncaqla yeni Papanın seçilməsi prosesinə başlanılacaq. “Konklav” adlanan bu proses adətən Papanın ölümündən sonra 2-3 həftə içərisində Vatikandakı Sikstin kapellasında keçirilir. Proses gizlilik qorunmaqla aparılmalı olduğundan, bu müddət ərzində telefonla danışmaq, media ilə əlaqədə olmaq, hətta kapellanın xaricində kiminləsə təmasda olmaq qadağan olunur.