Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda Azərbaycan-Böyük Britaniya iqtisadi əməkdaşlığına dair qəbul keçirilib

01.05.2025 [17:05]

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Azərbaycan-Böyük Britaniya iqtisadi əməkdaşlığına dair qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində baş tutan qəbulda Böyük Britaniya hökumətinin, biznes və diplomatik dairələrinin nümayəndələri, habelə Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak ediblər.