Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqlarımızı niyə peyvənd etdirməliyik?

01.05.2025 [18:25]

Kimisi uşağını peyvənd etdirir, kimisi isə etiraz edir və ya tamamilə qarşı çıxır. Fikirlər fərqlidir, amma mütəxəssislər xəbərdarlıq edir: peyvənddən imtina uşaqların sağlamlığını təhlükəyə atır. Hər il milyonlarla insanı xilas edən peyvəndlər, təkcə fərdləri deyil, bütöv cəmiyyətləri xəstəliklərdən qoruyur.