Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusardan Rusiya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə meyvə ixrac olunur

01.05.2025 [20:06]

Xəbərin mətni

Son illər Qusarda rayonunda intensiv və superintensiv meyvə bağlarının sahəsi artırılaraq, 14 min 611 hektara çatıb. Bədirqala kəndində fəaliyyət göstərən “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin bağçılıq və soyuducu anbar kompleksi rayonun meyvə istehsalında xüsusi çəkiyə malikdir. Cəmiyyət tərəfindən Qusarda 330 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv meyvə bağları salınıb.