Muxtar Babayev: Dünyada deqradasiyaya uğrayan torpaqların 60 faizdən çoxu əkin və otlaq sahələridir
02.05.2025 [15:05]
Xəbərin mətni
Kənd təsərrüfatı insanların əsas ehtiyaclarını təmin edən strateji əhəmiyyətli sektordur. Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları mövcud tələbatı çətinliklə qarşılayır. Digər tərəfdən, əhalinin ərzağa artan tələbatı həmin resurslara təzyiqi daha da gücləndirir. Bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Aqrobiznesin İnkişafı Forumu - 4: Harmoniyaya gedən yol” mövzusundakı tədbirdə çıxışı zamanı deyib.