Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal səviyyədə yaranan istixana qazlarının təxminən 20 faizi kənd təsərrüfatı sahəsi ilə əlaqədardır

02.05.2025 [15:08]

Xəbərin mətni

İqlim dəyişiklikləri kənd təsərrüfatına mənfi təsir göstərdiyi kimi, kənd təsərrüfatı fəaliyyəti də iqlim dəyişikliklərinə səbəb olan amillərdən biridir. Hazırda qlobal səviyyədə yaranan istixana qazlarının təxminən 20 faizi bu sahə ilə əlaqədardır. Bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Aqrobiznesin İnkişafı Forumu - 4: Harmoniyaya gedən yol” mövzusundakı tədbirdə çıxışı zamanı deyib.