Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərxalça”nın sədri: Xalça sənəti insanları birləşdirir, dostluq körpüləri yaradır

02.05.2025 [15:09]

Xəbərin mətni

Ötən il biz xalça festivalının təməlini qoymuşuq və Milli Xalça Festivalı qeyd olundu. Bu festivalın mayın əvvəlində keçirilməsi heç də təsadüfi deyil. Çünki ölkə başçımızın Sərəncamına əsəsən, mayın 5-də Azərbaycanda Xalçaçı Günü olaraq qeyd edilir. Bunu "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Bakıda keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.