Kamran Şəfiyev: Azərbaycan Konstitusiyası hüquqi dövlət quruculuğunun və sosial ədalətin təminatıdır
02.05.2025 [16:28]
Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın inkişafı və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkədə həyata keçirilən hüquqi və institusional islahatlar, Konstitusiyaya edilən əlavə və dəyişikliklər dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, insan hüquqlarının daha uyğun şəkildə qorunmasını təmin etmək məqsədi daşıyır. Keçirilmiş referendum nəticəsində Konstitusiyada mütərəqqi dəyişikliklər edilib və idarəetmə sistemi çevik və effektiv təmin olunub. Bunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev mayın 2-də “İctimai proseslər media müstəvisində” adlı forumda çıxış edərkən deyib.