Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sənan Hacıyev: Media məkanında şəxsi həyatın toxunulmazlığı daha ciddi qorunmalıdır

02.05.2025 [16:31]

Xəbərin mətni

Məhkəmə fəaliyyətinə dair informasiyanın açıqlığı öz növbəsində xüsusi yanaşma tələb edən məsələlər dairəsinə aiddir. Belə ki, bu, istənilən məlumata deyil, vətəndaşların şəxsi həyatına toxunmayan, o cümlədən şəxsi və ailə sirri təşkil etməyən məlumatlara əlçatanlığı nəzərdə tutur. Bu baxımdan, fikir və söz azadlığından istifadə edilərkən, digər şəxslərin şərəf və ləyaqətinə, şəxsi həyat toxunulmazlığına qanunsuz müdaxilənin yolverilməz olduğu diqqətdən kənarda qalmamalıdır. Bunu Ali Məhkəmənin Kollegiya sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev “İctimai proseslər media müstəvisində” adlı forumda çıxış edərkən deyib