Nabil Gangi: COP29 zamanı qəbul edilmiş qlobal iqlim öhdəliklərini qida sistemlərinə gətirməyin vaxtıdır
02.05.2025 [16:37]
Xəbərin mətni
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qlobal iqlim gündəliyinin formalaşmasında aparıcı rol oynadı. Bakıdan gələn təkan hələ də təzədir, indi həmin qlobal öhdəlikləri evə, tarlalara, fermalara və birgə gələcəyimizi müəyyən edəcək qida sistemlərinə gətirməyin vaxtıdır. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi “Aqrobiznesin İnkişafı Forumu-4: Harmoniyaya gedən yol” mövzusunda tədbirdə çıxışı zamanı deyib.