Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ombudsman: Media sahəsində fəaliyyət zamanı milli-mənəvi dəyərlər nəzərə alınmalıdır

02.05.2025 [16:39]

Xəbərin mətni

Müstəqil Azərbaycanda söz və fikir azadlığının, demokratik prinsiplərə əsaslanan mətbuatın formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumat azadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandı, senzura qadağan edildi. Bunu İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva “İctimai proseslər media müstəvisində” adlı forumda çıxış edərkən deyib.