Muzey direktoru: Azərbaycan və Latviyanın xalçatoxuma ənənələri çox oxşardır
02.05.2025 [17:19]
Xəbərin mətni
Bəli, biz bir-birimizdən uzağıq, amma ortaq cəhətlərimiz çoxdur, çünki həndəsi naxışvurmanın əsasları Cənubi Amerikada, Hindistanda və Qafqaz regionunda oxşardır. Bu, təməldir. Ancaq yenə də bəzi fərqlər var, lakin onlar bizi zənginləşdirir. Keçən il “Azərxalça”nın sayəsində həm müasir, həm də tarixi xalçalardan ibarət gözəl sərgimiz olanda, muzeylərimizə gələn qonaqlar mədəniyyətlərimizin nə qədər oxşar cəhətlərinin olduğunu deyirdilər. Bu barədə jurnalistlərə müsahibəsində Latviya Dekorativ-Tətbiqi Sənət və Dizayn Muzeyinin direktoru İnese Baranovska deyib.