Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda qadını avtomobil vuraraq öldürüb

03.05.2025 [10:57]

Xəbərin mətni

Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən qadını vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.