Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səhiyyə naziri: Növbəti tədris ilindən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq

05.05.2025 [15:57]

Xəbərin mətni

Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi əczaçılıq sahəsində respublikada aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib. Elmi-tədqiqat işlərinin aparılması məqsədilə Əczaçılıq kimyası kafedrasının nəzdində Azərbaycan Elm Fondunun dəstəyi ilə müasir əczaçılıq laboratoriyası qurulub. Bu fikirləri Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.