Azərbaycan Dövlət İnformasiya Agentliyi

Reseptlə təyin olunan ambulator dərman vasitələrinin sığorta hesabına təminatı istiqamətində işlər aparılır

05.05.2025 [16:32]

Xəbərin mətni

Hazırda resept əsasında təyin olunan ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təminatı istiqamətində işlər aparılır. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün, sabah" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.