Səfir: Macarıstan 1993-cü ildən etibarən Azərbaycana dərman ixrac edən ilk ölkələrdən biridir
05.05.2025 [17:21]
Xəbərin mətni
Əczaçılıq sənayesi yalnız ticarət və texnologiya sahəsi deyil, eyni zamanda, insan həyatına, sağlamlığına birbaşa təsir edən strateji sektordur. Bu sahədə təhsil, idarəçilik, elmi tədqiqatlar və biznes arasında sıx əməkdaşlıq olduqca vacibdir. Bu fikirləri Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma səsləndirib.