Şəkidə yol qəzası baş verib, sürücü və sərnişin xəsarət alıb
05.05.2025 [21:55]
Xəbərin mətni
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Şəkinin Oraban kəndindən keçən hissəsində avtomobil qəzası baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki rayon sakini 31 yaşlı Nicat Hacıhüseynovun idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb.