Minsk Avtomobil Zavodunun baş direktoru: Azərbaycanlı tərəfdaşlarla işləmək üçün çox yaxşı perspektivlər var
06.05.2025 [17:32]
Xəbərin mətni
Minsk Avtomobil Zavodu uzun müddətdir Azərbaycan bazarında fəaliyyət göstərir. Azərbaycan avadanlığın inkişafı və təchizatı sahəsində strateji tərəfdaşlarımızdan biridir və biz müxtəlif sahələrdə, müxtəlif formatlarda işləyirik. Bunu Belarusun Baş naziri Aleksandr Turçinin nümayəndə heyətinin tərkibində Ağdama səfər edən Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç açıqlamasında bildirib.