Faşizm üzərində qələbədə onun da payı var
06.05.2025 [20:49]
İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan qələbədən 80 il ötür. Bu qələbənin əldə olunmasında Azərbaycanın da xüsusi rolu və payı var. Cəbhəyə 600 mindən çox övladını yola salan xalqımızın müharibə illərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə göstərdiyi fədakarlıq 20-ci əsrin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Faşizm üzərində qələbənin əldə olunması üçün igidliklə döyüşən oğullardan 170 mindən çoxu müxtəlif orden və medallara layiq görülüb. Onlardan biri də hazırda Astara rayonunun Pensər kəndində yaşayan 100 yaşlı İzzət Nəhmətovdur.