Tahir Budaqov: Qüdrətli Azərbaycan reallığı Ümummilli Liderin tükənməz dövlətçilik irsi ilə bağlıdır
07.05.2025 [16:01]
Xəbərin mətni
Danılmaz faktdır ki, Azərbaycan xalqı üçün bütün taleyüklü məsələlərin həlli məhz güclü lider amili, onun milli-mənəvi dəyərlərə və zamanın tələblərinə əsaslanan titanik fəaliyyəti, qətiyyətli və uzaqgörən siyasəti sayəsində mümkün olub. Bu gün qürurla ifadə edirik ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır. Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mayın 7-də keçirilən “Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbirdə deyib.