Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaraçay üzərində yeni körpünün inşasına başlanılıb

13.05.2025 [15:39]

Xəbərin mətni

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.