Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib
18.05.2025 [19:05]
Xəbərin mətni
Mayın 17-də beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı start götürüb. Analitik təhlil imtahanı 4 sessiya olmaqla, 2 gün ərzində keçirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 18-də Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunan imtahan saat 10-da başlayıb və üç saat davam edib.