Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı kimi

19.05.2025 [16:44]

Xəbərin mətni

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və beynəlxalq siyasi nizamın hazırki mərhələsində bu rol getdikcə daha da artır. Bu fakt Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə də vurğulanıb. Təşkilatın  rəsmiləri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildiriblər. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI