CƏMİYYƏT


Atletlər Kəndində bir gün - AZƏRTAC-ın xüsusi reportajı

Artıq ilk Avropa Oyunlarının ikinci həftəsindəyik. Tarixdə ilk dəfə keçirilən Oyunların yekunlaşmasına az qalıb. Avropa Oyunlarında iştirak edən idmançıların yaşadığı Atletlər kəndində bütün gün ərzində canlanma yaşanır. İdmançıların kimi yarışlardan qayıdıb istirahət edir, kimi isə növbəti yarışa hazırlaşır. Burada atletlərin istirahəti üçün yaradılan şərait, xüsusilə də təmizlik göz oxşayır.