Azərbaycanın Müstəqillik Günü münasibətilə Kişineuda qəbul təşkil olunub
23.05.2025 [11:56]
Xəbərin mətni
Moldovanın paytaxtı Kişineuda Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub. Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Moldova Parlamentinin spikeri İqor Qrosu, energetika naziri Dorin Junqietu, Moldovanın sabiq prezidenti Pyotr Luçinski, bu ölkənin sabiq Baş nazirləri Kirill Qaburiç, İon Kiku, deputatlar, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, İkinci Qarabag müharibəsinin qaziləri, diaspor fəalları iştirak ediblər.