İnfluenser və blogerlər hansı qaydalara əməl etməli olacaqlar?
23.05.2025 [17:58]
Xəbərin mətni
Azərbaycanda influenserlər və blogerlərin reklam fəaliyyətinə dair bir sıra məhdudiyyətlər tətbiq olunur. Bu, “Reklam haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, əvvəlki qanunvericilikdə influenser və blogerlərin fəaliyyəti dövlət nəzarətindən kənarda qalırdı. Nəticədə bu şəxslərin təqdim etdiyi reklamlarda çox zaman keyfiyyətsiz məhsullar insanlara təklif olunurdu.