Laçında "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışlarının qalibləri müəyyənləşib
24.05.2025 [12:08]
Xəbərin mətni
Laçın rayonunda yerləşən ümumi təhsil müəssisələrinin iştirakı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunan müxtəlif idman növləri üzrə yarışlar keçirilib. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarışlar Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.