Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib

24.05.2025 [15:29]

Xəbərin mətni

Yeni Klinikada “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə təşkil edilən konfransın əsas məqsədi piylənmənin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində müasir tibbi yanaşmaları işıqlandırmaqla yanaşı, bu istiqamətdə yerli və beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsinə şərait yaratmaqdır.