Sosial şəbəkələrdə İslama qarşı nifrət dolu ifadələr 21 faiz artıb
26.05.2025 [15:54]
Xəbərin mətni
“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans qlobal səviyyədə artmaqda olan islamofobiya ilə mübarizəyə, həm də rəqəmsal dövrün yaratdığı yeni çağırışlara qarşı ortaq mövqeyimizi ifadə etmək üçün mühüm fürsətdir. Bunu KAICIID-in icraçı Baş katibi vəzifəsini icra edən Antonio De Almeiday Ribeiro “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzulu plenar iclasda deyib.