Beynəlxalq konfransda “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusu müzakirə edilib
26.05.2025 [16:20]
Xəbərin mətni
Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans açılış mərasimindən sonra işini panel və plenar iclaslarla davam etdirir. ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən plenar iclasda “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusu müzakirə edilib.